Dünya futbolu
Bundesliqanı gözləyən 770 milyonluq zərər
Koronavirusa görə təxirə salınan Almaniya Bundesliqasında mövsüm bərpa olunmazsa, klublara dəyəcək zərər açıqlanıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqanın geridə qalan 9 turu keçirilməzsə, klublara ümumilikdə 770 milyon avro zərər dəyəcək. Bu zərər sponsorlar, yayım hüquqları və bilet satışlarından qaynaqlanacaq.
Bundesliqa rəhbərliyi bir müddət əvvəl çempionatın aprelin 2-nə qədər təxirə salınması ilə bağlı qərar qəbul edib. Hazırda çempionatın dayandırılması və ya qalan oyunların azarkeşsiz keçirilməsi ilə bağlı müzakirələr aparılır. Pandemiya səbəbiylə İtaliya A Seriyası, Fransa Liqa 1, İspaniya La Liqası rəhbərliyi də çempionatları qeyri-müəyyən müddətə dayandırıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı