Ölkə futbolu
“Buraxdığımız səhvləri araşdırmalıyıq”
“Bizim üçün çətin oyun oldu, öz futbolumuzu diqtə edə bilmədik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Nuno Rodrigez deyib.
Portuqaliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 25-ci turunda “Sabah”a 0:2 hesablı məğlubiyyətdən danışıb: “Sabah” yaxşı komandadır və onlar imkanlarından necə istifadə edəcəyini bilirdi. Qış fasiləsindən sonra nəticələr istədiyimiz kimi olmadı. Bəlkə də digər komandalar artıq bizim oyun tərzimizi daha yaxşı bilirlər. Yaxşı nəticələrə qayıtmaq üçün mübarizəni davam etdirməliyik. Biz buraxdığımız səhvləri araşdırmalıyıq. Hər gün işləməyə davam etməliyik. Bu, komandanın düşüncəsi olmalıdır və qələbə seriyamıza qayıda biləcəyimizə inanmağa davam etməliyik”.
30 yaşlı oyunçu növbəti turda “Turan Tovuz”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Bəli, çətin oyun olacağını bilirik. Amma Tovuza qələbə dalınca gedirik”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı