Ölkə futbolu
“Çətinliklərimizin bir hissəsi arxada qaldı”
Yeni mövsümün hazırlığı çərçivəsində bu gün növbəti oyununu keçirən “Araz-Naxçıvan” “Dalğa Arena”da “Kəpəz”lə qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Naxçıvan komandasının baş məşqçisi Azər Bağırov klub saytına açıqlama verib:
“Hazırlığın ikinci həftəsinə başlamışıq. Bugünkü oyun da göstərdi ki, çətinliklərimizin bir hissəsi arxada qaldı. Futbolçular onlardan nə istədiklərimizi az da olsa, başa düşürlər. Heyətimiz də hələ komplektləşməyib. Bu gün 13 futbolçu ilə mübarizə apardıq. Təbii ki, hazırlığa gec başlamağımız bizi müəyyən qədər sıxır. Ancaq hər keçən gün irəliyə doğru addım atmış oluruq. Uşaqların fiziki baxımdan formaya düşməsi, məşqçilərin tapşırığını yerinə yetirməsi tədricən yaxşılaşacaq.
Komandaya son qoşulan hər iki legioner yaxşı təsir bağışladı. Onları izləyib heyətə dəvət etmişdik. Nuno Rodriqes bir aydan çoxdur məşq etməsə də, komandaya daha tez adaptasiya oldu. Vandersona bir qədər vaxt lazım olacaq. Ancaq meydanda varlığını hiss etdirirdilər. Bu isə hər ikisinin komandamıza kömək edəcək gücdə olduğunu göstərdi”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”