Digər idman növləri
Cəzası azaldılan Halep Mayami turnirinə dəvət aldı
İki dəfə “Böyük dəbilqə” seriyalı turnirlərdə çempion olan Simona Halep Mayami turnirinə dəvət alıb. “Masters” seriyalı turnirin təşkilatçıları rumıniyalı tennisçinin cəzasının azaldılmasından sonra bu addımı atıblar.
Xatırladaq ki, 4 il tennisdən məhrum edilən idmançının cəzası 9 aya endirilib. Bu səbəbdən də o, yarışlarda iştirak edə biləcək.
İdmançıdan 2022-ci ildə götürülən test pozitiv çıxmışdı. Cəza aldığı gündən Simona Halepin oyunlarda aldığı bütün nəticələr də ləğv edilmişdi.
Mayamidəki “Masters” turniri martın 19-da start götürəcək. Turnirin mükafat fondu 9 milyon ABŞ dollarına bərabərdir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı