Ölkə futbolu
Caber qayıdır: “Bütün diqqətimiz “Qəbələ” ilə oyundadır”
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber klubun televiziyasına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, vəziyyətini dəyərləndirib: “Özümü yaxşı və hazır hiss edirəm. Zədəmin bərpa prosesi çətin keçdi. Sağalandan sonra yenə eyni yerdən zərbə aldım və təkrar prosesi keçdim. Demək olar, üç aydan sonra buraya qayıtdım və özümü oynamağa hazır hiss edirəm”.
“Neftçi” Misli Premyer Liqanın XXVIII turunda “Qəbələ”nin qonağı olacaq. Caber matça qələbə üçün çıxacaqlarını söyləyib: “Bütün diqqətimiz “Qəbələ” ilə oyundadır. Düşünürəm ki, həmin oyunda qələbə qazana biləcəyik. Bundan sonra “Qarabağ”la kubok oyunu haqda düşünəcəyik”.
Martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da start götürəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…