Milli komanda
Canni De Byazi: “Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq”
“Ailəm və özümlə bağlı hər şey qaydasındadır. Karantində deyilik”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna əsas namizədlərdən olan Canni de Byazi koronavirusla bağlı İtaliyadakı vəziyyət barədə danışarkən deyib.
64 yaşlı mütəxəssis bildirib ki, ölkədə vəziyyət mürəkkəbdir: “Avropanın bir çox ölkəsində olduğu kimi, İtaliyada da durum ürəkaçan deyil. İnsanlar vaxtlarının böyük hissəsini evlərində keçirir. Çölə yalnız alış-veriş və dərman almaq üçün çıxırıq. Ölkədə ciddi tədbirlər görülür. İngiltərə kimi ölkələrdən fərqli, İtaliyada hamı yoxlanılır. Ümid edirəm ki, bu virus Azərbaycanda geniş yayılmayacaq”.
De Byazi AFFA-dan 2 milyon avro istəməsi ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatların doğru olmadığını söyləyib. O, milli assosiasiya ilə danışıqların hansı mərhələdə olması barədə isə fikir bildirmək istəməyib.
Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya “Alaves”i olub. O, 2011 – 2017-ci illərdə Albaniya yığmasına başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı