Dünya futbolu
“Çelsi”nin müdafiəçisi altı həftə oynamayacaq
“Çelsi” ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, London klubunun müdafiəçisi Tyaqo Silva uzun müddətə sıradan çıxıb.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Tottenhem”ə 0:2 hesabı ilə uduzduqları Premyer Liqa oyununda zədələnən 38 yaşlı müdafiəçi tibbi müayinədən keçib. Onun diz bağlarından xəsarət aldığı müəyyənləşib. Futbolçu buna görə altı həftə yaşıl meydanlardan kənarda qalacaq.
Braziliya millisinin üzvü bu mövsüm “zadəganlar”ın heyətində 26 oyun keçirib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq