Dünya futbolu
“Çelsi”nin müdafiəçisindən yeni rekord
UEFA Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirdikləri oyun “Çelsi”nin müdafiəçisi Tyaqo Silva üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu “Çelsi”nin heyətində Çempionlar Liqasının finalında oynamış ən yaşlı oyunçu kimi tarixə düşüb.
Tyaqo “Mançester Siti” ilə oyuna 36 yaş 249 günlüyündə çıxıb. Ondan əvvəlki rekord isə Klod Makeleleyə məxsus idi (35 yaş, 93 gün).
Qeyd edək ki, Silva ötən gecə baş tutan finalı tamamlaya bilməyib. O, ilk yarının sonlarında aldığı zədə səbəbindən meydanı erkən tərk etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, komandası sonda 1:0 hesabıyla qalib gələrək ÇL-in qalibi olub.
Onun kimi, “Mançester Siti”nin liderlərindən Kevin de Breyne də zədə səbəbindən meydanı erkən tərk etməli olub. Hər iki oyunçu həlledici oyunda sonadək oynaya bilmədiyi üçün göz yaşları içində meydandan çıxıb.
“Çelsi”nin digər futbolçusu Nqolo Kante də tarixə düşüb. Fransalı futbolçu 21-ci əsrdə həm dünya çempionu olan, həm də Avropa Liqası və Çempionlar Liqasında çempionluq sevinci yaşayan 5-ci futbolçu olub. Ondan öncə Olivye Jiru, Xuan Mata, Fernando Torres və Pedro da bu sevinci yaşamışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq