Dünya futbolu
“Çelsi”nin sahibi “Strasburq”u da alır

Todd Bouli daha bir klub alır. “Çelsi”nin sahibi bu dəfə Fransada futbola sərmayə yatırır.
Futbolinfo.az xəbər verir ki, amerikalı iş adamı “Strasburq”a sahib olmaq üzrədir. Daha öncə “Bordo” və Lion “Olimpik”ini almaq üçün danışıqlar aparan Bouli rədd cavabı almışdı. “Strasburq”la danışıqlar isə müsbət nəticə verməkdədir.
Yayda alış-veriş bitəcək və komandanın gücləndirilməsi üçün işlərə start veriləcək. Bouli PSJ ilə rəqabət apara biləcək komanda qurmaq niyyətindədir.
