Dünya futbolu
“İnter” qalib gəldi, “Mançester Siti” qələbəni əldən verdi
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
İngiltərənin “Mançester Siti” komandası Almaniyada “Leypsiq”in qonağı olub. Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyükün idarə etdiyi bu oyunda qalib müəyyənləşməyib.
Digər oyun isə İtaliyada “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçirilib. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olub. İtaliya təmsilçisi bu oyunun son dəqiqələrində vurduğu yeganə qol sayəsində cavab matçı öncəsi üstünlük qazanıb.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
22 fevral
Leypsiq (Almaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qol: Qvardiol, 70 – Mahrez, 27.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leypsiq, “RB Arena”.
İnter” (İtaliya) – Portu (Portuqaliya) 1:0
Qol: Lukaku, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, “San Siro” stadionu.
Daha öncə baş tutan ilk altı qarşılaşmada bu nəticələr qeydə alınıb:
Milan (İtaliya) – Tottenhem (İngiltərə) 1:0
PSJ (Fransa) – Bayern (Almaniya) 0:1
Borussiya (Dortmund, Almaniya) – Çelsi (İngiltərə) 1:0
Brügge (Belçika) – Benfika (Portuqaliya) 0:2
Ayntraxt (Almaniya) – Napoli (İtaliya) 0:2
Liverpul (İngiltərə) – Real (İspaniya) 2:5
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…