Dünya futbolu
ÇL: “Çelsi” və “Benfika” 1/4 finalda!
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Gecənin ən prinsipial matçı İngiltərədə “Çelsi” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında olub. Dortmunddakı ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə isə London təmsilçisi iki cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib.
Digər qarşılaşmada isə “Benfika” Portuqaliyada Belçika “Brügge”sini qəbul edib. İlk görüşdə Lissabon təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub etmişdisə, cavab görüşündə darmadağınla qalib gəlib və sürprizə imkan verməyib.
1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
7 mart
“Çelsi” (İngiltərə) – “Borussiya” Dortmund (Almaniya) 2:0
Qol: Sterlinq, 43. Haverts, 53-pen.
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun – 0:1
London, “Stemford Bric” stadionu
“Benfika” (Portuqaliya) – “Brügge” (Belçika) 5:1
Qol: R.Silva, 38. Q.Ramos, 45+2; 57. J.Mario, 71-pen. Neres, 77 – Meyer, 87.
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun – 2:0
Lissabon, “Eştadiu du Benfika” stadionu.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO