Dünya futbolu
ÇL-də 20 qol həddinə çatan 5-ci afrikalı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan Almaniyanın “Leypsiq” komandası ilə oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan bu matçda komandasının yeganə qoluna imza atmaqla ÇL-də 20-ci dəfə fərqlənib.
Nəticədə əlcəzairli oyunçu qitənin ən nüfuzlu klub turnirində 20 qol həddinə çatan 5-ci afrikalı olub.
Xatırladaq ki, bu siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…