Dünya futbolu
ÇL-də ad günündə qol vuran ən gənc futbolçu
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilmiş “Yanq Boyz”la oyun “Vilyarreal”ın futbolçusu Yeremi Pino üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, oyun günü (20 oktyabr) 19 yaşı tamam olan ispaniyalı futbolçu Çempionlar Liqası tarixində ad günündə qol vuran ən gənc oyunçuya çevrilib.
Bununla da o, Dimitri Oberlin və Kristian Pulişiçə məxsus rekordu yeniləyib. Onların hər ikisi 20 yaşlarında ÇL-də qol vurmağa nail olmuşdular.
“Vilyarreal” “Yanq Boyz”la oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Pino bu görüşün 6-cı dəqiqəsində fərqlənməklə oyunda hesabı açıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi