Dünya futbolu
ÇL-də cavab oyunları başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Bayern” Münhendə “Latsio”nu qəbul edəcək. Komandalar arasındakı ilk oyunda italyanlar qələbə qazanıb. Almanlar həm 0:1-in revanşını almalı, həm də son 5 oyunun 4-də qələbə qazana bilməməsi ilə bağlı bərbad statistikanı yaxşılaşdırmalıdır.
Digər matçda isə PSJ İspaniyada “Real Sosyedad”ın qonağı olacaq. Komandalar arasındakı ilk görüşdə parislilər qələbə qazanıb – 2:0.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
“Bayern” – “Latsio”
Hakimlər: Slavko Vinçiç, Tomas Kalnçik, Andraz Kovaçiç, Matey Yuq (hamısı Sloveniya)
İlk oyun – 0:1.
“Real Sosyedad” – PSJ
Hakimlər: Mişel Olvier, Stuart Burt, Daniel Kook, Robert Yones (hamısı İngiltərə)
İlk oyun – 0:2.
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı