Dünya futbolu
ÇL: Mahir Emreli və komandası üçün “Şkupi”
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq Zaqreb “Dinamo”sunun rəqibi dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya təmsilçisi ÇL-də 2022/2023 mövsümünə “Şkupi” ilə qarşılaşmaqla start verəcək.
Şimali Makedoniya klubu bu hüquqa ilk mərhələdə “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdırmaqla yiyələnib. “Şkupi” cavab görüşündə 0:2 hesabı ilə uduzsa da, evdə 3:0 hesabı ilə qalib gəldiyindən, mərhələ adlayıb.
İlk oyun iyulun 19-da Zaqrebdə, cavab matçı bir həftə sonra Skopyedə olacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə