Dünya futbolu
ÇL: Xorvatiyalı futbolçudan yeni rekord
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunu “Leypsiq”in müdafiəçisi Yoşko Qvardiol üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri bu oyunda komandasının bərabərlik qolunun müəllifi olub.
Xorvatiyadan olan 21 yaşlı futbolçu həm də oyun ərzində 89 dəfə topa toxunub. Bu, yeni rekord kimi tarixə düşüb.
Xatırladaq ki, Qvardiol İngiltərə nəhəngi ilə qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Bu oyunda hesabı 27-ci dəqiqədə qonaqlar açsa da, 70-ci dəqiqədə Yoşkonun vurduğu bərabərlik qolu yekun nəticəni müəyyənləşdirib.
Bu komandalar arasındakı cavab oyunu martın 14-də İngiltərədə baş tutacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə