Digər idman növləri
Coşua döyüşdən əvvəlki formasını nümayiş etdirdi
Ağır çəkidə ikiqat dünya çempionu, britaniyalı Entoni Coşua (26-3, 23 nokautla) dekabrın 23-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq döyüşün hazırlığını başa çatdırıb. Onun rəqibi isveçli Otto Vollin (26-1, 14 nokaut) olacaq.
Otto Vollinin 32 yaşı var. Sentyabr ayında isveçli boksçu rusiyalı Murat Qasiyevi xal hesabı ilə məğlub edərək IBF-in təsnifat döyüşünün qalibi olmuşdu.Onun karyerasında yeganə məğlubiyyəti britaniyalı Tayson Fyuri ilə döyüşdə olub.
Entoni Coşuanın 34 yaşı var. Avqustda keçirdiyi son döyüşdə o, finlandiyalı veteran boksçu Robert Heleniusu məğlubiyyətə uğradıb. Bu onun 2022-ci ildə hazırda WBA, IBF və WBO versiyaları üzrə çempion olan ukraynalı Oleksandr Usikə məğlubiyyətdən sonra ikinci qələbəsi olub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi