Digər idman növləri
Coşuadan növbəti qələbə
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində böyük peşəkar boks gecəsi başa çatıb. Gecənin əsas döyüşündə Entoni Coşua ilə Otto Vallin üz-üzə gəlib.
Döyüş 5 raund davam edib. Texniki nokautla britaniyalı Coşua qələbə qazanıb. İsveçli boksçunun məşqçiləri döyüşü davam etdirməkdən imtina ediblər.
Qeyd edək ki, Coşuanın aktivində 30 döyüş var. O, bunların 26-da – 24-ü nokaut olmaqla – qələbə qazanıb. Vallinin aktivində isə 26 döyüşdə 24 qələbə var.
Gecə ərzində digər qarşılaşmalar da baş tutub. Yeni Zelandiyadan olan Cozef Parker amerikalı Deonti Vaydleri, rusiyalı Dmitri Bivol isə britaniyalı Lindon Arturu məğlubiyyətə uğradıb.
Əlavə edək ki, gecədə döyüşü izləyənlər arasında Kriştianu Ronaldo ilə Konor Makqreqor da olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq