I Liqa
Dəqiqləşir: “Turan Tovuz”la “Kəpəz” Premyer Liqada!
“Turan Tovuz”la “Kəpəz”in Premyer Liqaya dönüşü dəqiqləşir. Elitada klub sayını 10-a çatdırmaqda qərarlı olan AFFA bununla bağlı işlərə başlayıb.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada bölgə təmsilçilərinin azlığına görə tənqid olunan futbol qurumu, ictimaiyyətin narazılığının qarşısını almaq üçün buna məcbur olub. Həm elitada, həm də bölgələrdə klub sayı məhz “Turan Tovuz” və “Kəpəz”in hesabına artırılacaq.
Ötən həftə qərblilərə yekun qərar bildirilib, elita hazırlıqlarına başlanması tapşırılıb. Lisenziya tələblərini yerinə yetirmək üçün AFFA-dan kömək alacaq bu klublar, I divizionda neçənci yeri tutmalarından asılı olmayaraq, Premyer Liqaya yüksələcək. Xatırladaq ki, hazırda ölkə çempionatının yüksək liqasında 8 komanda mübarizə aparır. Onlardan 6-ı Bakıda məskunlaşıb, daha bir klub Sumqayıtındı. Qəbələ bölgələrin yeganə təmsilçisidi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…