Bizi izləyin

Ölkə futbolu

Dəyişən illər, dəyişən flaqmanlar

blank
blank

SSRİ çempionatında çıxış edən postsovet məkanının komandaları ittifaq dağılandan sonra fərqli aqibət yaşayıb. Sovet dövründə öz ölkəsinin flaqmanınına çevrilən bəzi komandaların hazırda imkanlarından aşağı səviyyədə çıxış etdiyi məqamda, o dövrdə parlaq keçmişi olmayan, ümumiyyətlə, keçmişi olmayan bəzi klublar isə hazırda diqqət mərkəzinə düşüb.

Sonradan səhnəyə çıxanlarla işimiz yoxdur, biz o dövrdə parlayıb hazırda sönən və közərən komandalardan danışacağıq. Ötən yazımızda Rusiya və Ukrayna komandalarından söz saldıq. Bu dəfə digər 12 respublikadakı vəziyyətdən söz açacağıq.

Başlayaq, Gürcüstandan. 1964 və 1978-ci illərdə SSRİ çempionatında qızıl medal qazanan Tiflis “Dinamo”su ittifaq dağıldıqdan sonra da öz ölkəsində pis təsir bağışlamayıb. 1999-cu ilə qədər çempionluğu heç kimə verməyən “Dinamo” sonradan SSRİ çempionatındakı “kiçik qardaşı” Kutaisi “Torpedo”sunun isti nəfəsini hiss edib. Sonralar aradabir səhnəyə çıxıb varlığını hiss etdirən tiflislilər son üç ildə heç də pis təsir bağışlamır. Kaxaber Tsxadadzenin dövründə, yəni 2019 və 20-ci illərdə çempion olan “Dinamo” yalnız ötən mövsüm Batumidən olan “adaş”ının qarşısında aciz qaldı.

Yeri gəlmişkən, 1960-cı illərdə müntəzəm olaraq SSRİ çempionatında iştirak edən bir qədər əvvəl adını çəkdiyimiz Kutaisi “Torpedo”su isə sonuncu dəfə 2017-ci ildə Gürcüstan çempionu olub. Amma Tiflis “Dinamo”sunu daha pis günlər gözləyir. Təsadüfi deyil, dünə maliyyə problemləri üzündən omandanın satışa çıxarıldığıaydınlaşdı.

Bədnam qonşularımız Ermənistandan və onun “Ararat”ından çox danışmayacağıq. Sovet dağıldıqdan sonra Ermənistan çempionatından belə baş çıxara bilməyən bu klub 30 il ərzində yalnız 3 dəfə öz ölkəsinin çempionu olub. Sonuncu dəfə bu, 1995-ci ildə baş verib. 2018-ci ildən Ermənistan çempionatında çıxış edən “Ararat-Armeniya” komandasının isə SSRİ dövründəki “Ararat”a heç bir aidiyyatı yoxdur. Hərçənd sonradan yaranan “Ararat-Armeniya” 2019 və 20-ci illərdə öz ölkəsində qızıl medallara sahib çıxa bilib.

Dərhal Belarusa qalxaq. Hər halda, Rusiya, Ukrayna, Gürcüstan və Ermənistandan sonra komandasının SSRİ çempionluğuna məhz bu ölkə sevinib. Təbii ki, 1982-ci ildə SSRİ çempionu olan Minsk “Dinamo”sundan danışacağıq.

SSRİ dağıldıqdan sonra ardıcıl 5 il Belarus çempionu olan minsklilər sonralar digər komandaların “qapazaltısına çevrildi”.  2006-cı ildən hegemonluğu ələ alan BATE səhnəyə çıxdıqdan sonra “Dinamo” kənara çəkildi. BATE bir qədər zəiflədikdən sonra Soliqorsk “Şaxtyor”u “sazı əlinə alsa” da, yenə də “Dinamo” ortalıqda yoxdur. Zarafat deyil, bu komandanın son çempionluğu 2004-cü ilə təsadüf edir.

Sovet dövründə Baltikyanı ölkələrin komandaları çempionatda güclülər dəstəsində elə də böyük varlıq göstərə bilməyib. Yalnız Litvanın “Jalgiris” klubu 1980-ci illərdə xoş təsir bağışlayıb. SSRİ dağılmamış bu çempionatdan çəkilən kaunaslılar öz çempionatlarında hegemonluq yarada bilməyib. Uzun illər gözdən itən “Jalgiris” 2013-cü ildə yenidən “flaqman” olduğunu yadına salıb. Son 10 ildə bu komanda 7 dəfə rəqiblərini qabaqlayıb. SSRİ çempionatında əsasən birinci dəstədə oynayan Latviyanın “Dauqava” klubu haqqında isə heç danışmayacağıq. Çünki bu klubun varlığına 1990-cı ildə son qoyulub.

Estoniyaya gəlincə, SSRİ çempionatının güclülər dəstəsində 1960 və 61-ci illərdə “Kalev”lə təmsil olunan bu ölkə haqqında da çox danışmaq fikrində deyilik. Sonradan bu klubun varlığına son qoyulub. 2002-ci ildən yenidən yaradılsa da, “Kalev” öz ölkəsinin elitası ilə 1-ci dəstəsi arasında lift rolunu oynayır.

Asiyaya yollanmamışdan əvvəl isə SSRİ-nin Avropaya aid olan digər respublikasından, yəni Moldovadan danışacağıq. 1950-ci illərin sonları və 1960-cı illərin əvvəllərində güclülər dəstəsində çıxış edən “Nistru” 1991-ci ildən, yəni Moldovanın müstəqillik dövrlərindən “Zimbru” adını daşıyır.  2000-ci ilə qədər yalnız bir dəfə çempionluğu əldən verən kişinyovlular həmin tarixdən bəri “Şerif”in sayəsində çempionluğa həsrətlə baxır. Arada hərəyə bir dəfə  “Daçiya” ilə “Milsami” “Şerif”in qabağını kəssə də, “Zimbru” kənarda qalıb.

İndi də orta Asiyaya yollanaq.  Əlbəttə, SSRİ çempionu ola bilməsələr də, bu regionun iki nəhəng komandası olan “Paxtakor”la “Kayrat” hamı üçün təhlükəli rəqib olub. Xüsusən də, Daşkənd və Almatı səfərləri 3 xal qazanmaq adına “təhlükə zonaları”ından sayılırdı. SSRİ dağıldıqdan sonra başını Özbəkistan çempionatı ilə qatan daşkəndlilər bu müddət ərzində hamıdan çox, yəni 14 dəfə qızıl medallara sahib çıxıb. Elə Özbəkistanda son 3 mövsümün çempionu da “Paxtakor”dur. Üstəlik, “Paxtakor” 2003 və 2004-cü illərdə Asiya Çempionlar Liqasının yarımfinalına çıxıb.

“Kayrat”a gəlincə, SSRİ dağıldıqdan sonra isə sanki bu komandanın “bərəkəti getdi”. Aradabir rəqiblərinin arasından sıyrılan Almatı şəhərinin futbolçuları 3 dəfə Qazaxıstan çempionu olub. Sonuncu dəfə isə bu sevinci 2020-ci ildə yaşayıblar.

Son olaraq varlıqları ilə yoxluqları bilinməyən, əsasən SSRİ-nin aşağı divizionlarında iştirak edən Qırğızıstan, Tacikistan və Türkmənistan komandalarına nəzər yetirək. İttifaqın 1 və 2-ci divizionlarında oynayan Qırğızıstan “Alqa”sı sovet dağıldıqdan sonra öz çempionatlarında elə də uğurlu çıxış etmir. 5 dəfə Qırğızıstan çempionu olan bu klub sonuncu dəfə 2002-ci ildə belə sevinc yaşayıb. “Alqa” kimi SSRİ-nin 1-2-ci divizionlarında çıxış edən Türkmənistanın “Kopetdaq” klubu da müstəqillik dövründə öz ölkəsinin aparıcı klubuna çevrilə bilməyib. İndiyə qədər 5 dəfə Türkmənistan çempionu olan “Kopetdaq” sonuncu dəfə 2000-ci ildə rəqiblərini qabaqlayıb. Tacikistanın “Pamir”i isə “Alqa” və “Kopetdaq”la müqayisədə sovet dövründə daha sanballı komanda olub. SSRİ çempionatının son 3 ilində elitada çıxış edən Düşənbə klubu hazırda “ÇSKA-Pamir” adı altında mübarizə aparır. 1992 və 1995-ci illərdə Tacikistan çempionu olan bu klub ovaxtdan qızıl medal üzünə həsrətdir.

Azərbaycandan isə danışmyacağıq. “Neftçi”ni unutduran “Qarabağ” avrokuboklardakı nəticələri ilə də flaqman adını çoxdan mənimsəyib.

ŞAHSUVAR

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm