Dünya futbolu
Dadaşovun komandası kubokda mərhələ adladı
Futbol üzrə İsveçrə kubokunda 2-ci mərhələnin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshoppers” də bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Lozanna Uşi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu qələbə “Qrasshoppers”i növbəti mərhələyə çıxarıb.
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi