Ölkə futbolu
“Daha aktiv, daha gözəl futbol oynamağa başlamışıq” – Stankoviç
“Neftçi”nin futbolçusu Voyislav Stankoviç komandasının çıxışından danışıb. Futbolinfo.az-a açıqlama verən təcrübəli müdafiəçi əvvəlcə 19-cu turda “Sumqayıt” üzərindəki qələbədən, daha sonra komandanın uğurlu qrafikindən söz açıb:
“Ötən gün “Sumqayıt”ı 2:1 hesabıyla udduq. İstədiyimiz oyunu oynamağa başlamışıq. Bundan sonra necə olacaq, görəcəyik. Oyunumuzu daha da yaxşılaşdırıb, stabil oynamaq istəyirik. Amma digər rəqiblərimizə, “Qarabağ”a baxmırıq. Yalnız hər növbəti oyuna baxırıq. Çempionatda hələ çox oyun var. Çempionatda intriqanın bitməsi məsələsi haqda isə bir söz demək istəmirəm. Deyə bilərəm ki, bizə yeni futbolçular gəlib və indi görünür ki, onlar yeni komandaya adaptasiya olublar. Biz daha aktiv, daha gözəl futbol oynamağa başlamışıq. Bu cür də davam etməyə çalışacağıq. Zaman hər şeyi göstərəcək. Addım-addım hazırlaşacağıq. Növbəti oyunumuz “Qəbələ”yə qarşıdı. Həmin oyuna hazırlaşmalıyıq ki, yaxşı oynayaq və qalib gəlmək üçün cəhd göstərək. Necə olacaq, zaman göstərəcək”.