Digər idman növləri
Daha bir boksçumuz qələbə ilə başladı
Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb. Alfonso Dominqes (92 kq) 1/32 finalda israilli Yan Zakla üz-üzə gəlib.
Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.
Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın 7-də olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyir. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kq) 1/8 final, Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Zeynəb Rəhimova (54 kq) və Şəhla Allahverdiyeva (66 kq) 1/16 finala yüksəliblər.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı