Ölkə futbolu
Daha bir futbolçu “Qarabağ”ı Rusiya klubuna dəyişir – “Gent”lə oyunlardan sonra bilinəcək
“Qarabağ” daha bir futbolçusunu itirə bilər. Ağdamlıların hücumçusu Ramil Şeydayev hələ də klubu ilə yayda başa çatacaq müqaviləni yeniləmək istəmir.
Futbolinfo.az xəbər verir ki, Şeydayev “köhlən atlar”dan yeni sözləşmə təklifi alsa da, qarşı tərəfə şifahi razılıq belə, verməyib (fanat.az). Rusiyadan ciddi təklif alan Ramil yayda klubu azad agent kimi tərk etmək niyyətinə düşüb.
Amma Ramillə bağlı məsələyə nöqtə qoyumayıb. “Qarabağ” “Gent”lə oyunlardan sonra hücumçusu ilə danışıqları davam etdirəcək. Konfrans Liqasının qarşıdakı matçları üzündən müzakirələrə ara verilib. Ağdamlılar hazırda formada olan və son vaxtlar özünü ən yaxşı şəkildə göstərən hücumçunun maaşını artırmaqla onu düşərgədə saxlamağa çalışacaq.
2017/18 mövsümündə “Qarabağ”da icarədə olmuş 26 yaşlı Ramil, klubun tamhüquqlu üzvü kimi 2021-ci ildən buradadır. “Zenit” yetirməsi müxtəlif illərdə “Rubin”, “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov”, Moskva “Dinamo”su və “Sabah”da oynasa da, ən yaxşı günlərini məhz “köhlən atlar”la yaşayır. Onun yenidən Rusiyaya yollanmaq istəyi çox qazanmaq niyyəti ilə bağlıdır. Ramilin təmsilçiləri avrokuboklara buraxılmayan ölkədə pulu, yoxsa burada qalıb karyeranı düşünəcəyini zaman göstərəcək.