Ölkə futbolu
Daha bir komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Region Liqasının “Lənkəran” FK – “Zəfər-44” oyununda “Lənkəran”ın futbolçusu Elvar Abdullazadə texniki zonadan köməkçi hakimin və AFFA nümayəndəsinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
U-17 Liqasının “Sabah” FK – “Sumqayıt” FK oyununda “Sumqayıt”ın futbolçusy Ülvi Əliyev rəqib komandanın ünvanına təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
U-10 Liqasında keçirilməli olan “Universal FA” – “Azart” oyunu “Universal”ın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Universal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib