Digər idman növləri
Dakarda sürücünün ürəyi dayandı
İspaniyalı motosikletçi Karles Falkonun Dakar rallisinin ikinci mərhələsində qəzaya uğradıqdan sonra ürəyi dayanıb. Hazırda onun vəziyyəti ağır olsa da, bir qədər sabitdir.
“TwinTrail Racing Team” komandasının üzvü bazar günü Əl Henakiya və Əl Duvadimi şəhərləri arasındakı 463 km-lik yarışın 448 km-də qəzaya uğrayıb. Hadisə yerinə yetişən tibbi vertolyot Falkonu həyata qaytararaq müalicə üçün Əl Duvadimi xəstəxanasına yerləşdirib.
Təşkilatçılar həkimlərin gəldiyi zaman onun vəziyyətinin ağır olduğunu bildiriblər.
Qısa müddət sonra Dakar yarışının direktoru David Kastera qəza ilə bağlı məlumat verib. Onun sözlərinə görə, həkimlər gəldikdə Falkonun nəbzi olmayıb. O, uğurla reanimasiya olunsa da, sonrakı müalicə üçün xəstəxanaya aparılmalı olub.