Digər idman növləri
Daşkənddə 200 min dollar qazanmaq şansı
Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək boks üzrə dünya çempionatının mükafat fondu müəyyənləşib.
Futbolinfo.az-ın Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin də qatılacağı mundial üçün ümumilikdə 5,2 milyon dollar məbləğ ayrılıb.
13 çəki dərəcəsinin hər birində qızıl medal qazanan boksçular 200 min dollar əldə edəcəklər. İkinci yeri tutanların mükafatı bunun yarısı qədər olacaq. Bürünc mükafatçıların isə hər biri 50 min dollar qazanacaq.
Ümumilikdə 104 ölkədən 640-dan çox boksçunun dünya çempionatında iştirakı gözlənilir. Qeydiyyat tarixi aprelin 14-dək uzadılıb.
Qeyd edək ki, dünya çempionatının görüşləri aprelin 30-dan mayın 4-dək “Humo Arena”da keçiriləcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq