Bizi izləyin

Ölkə futbolu

Derbidə dəyişməyən qalib, Sxadadze üçün “soyuq duş”

blank
blank

Misli Premyer Liqasının XXV turu “Araz-Naxçıvan” istisna olmaqla, qonaqlar üçün düşərli alındı. Belə ki, oyunlardan 3-də qonaqlar qələbə qazandılar, biri isə heç-heçə nəticələndi. Tur həm də məhsuldarlığı ilə seçildi. Azarkeşlər 5 oyunda ümumilikdə 18 qol izlədilər.

Yeni stadionda ilk məğlubiyyət

Turun açılış matçında sensasiya qeydə alındı. Çempionatda qalmaq uğrunda mübarizə aparan “Kəpəz” gözlənilmədən səfərdə “Sumqayıt”dan üstün oldu. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunun 20-ci dəqiqəsində hesab açıldı. Gəncəlilərin liderlərindən olan Georgi Papunaşvilinin cərimə zərbəsindən ötürməsindən sonra Vüsal Məsimovun topa toxunuşu qol üçün yetərli oldu. “Sumqayıt” tarazlığı bərpa etmək üçün dərhal irəli atıldı. Epizodların birində Rövlan Muradovun, digərində isə Roi Kehatın zərbəsi təhlükəli olsa da, azacıq dəqiqlik çatışmadı.

İkinci hissənin əvvəlində “Sumqayıt” daha bir real qol imkanını əldən verdi. Kamran Alievin zərbəsindən sonra top qapının üstündən keçdi. 1 dəqiqə sonra iki əvəzetməyə əl atan ev sahiblərinin baş məşqçisi Samir Abasov Kasimir Ninqa ilə yeni transfer Cordan Rezabalanı meydana buraxdı. Ancaq qol vuran komanda yenə “Kəpəz” oldu. Mate Kvirkviya özü başladığı hücumun yekununda Səbuhi Abdullazadənin uzaqlaşdıra bilmədiyi topu dəqiq zərbə ilə “Sumqayıt”ın qapısından keçirdi.

“Sumqayıt” 80-ci dəqiqədə qollardan birinin əvəzini çıxa bildi. Hücuma qoşulmuş mərkəz müdafiəçisi İsa Suliman rəqibin cərimə meydançası daxilində topu sinəsi ilə qəbul etdikdən sonra sağ ayağı ilə onu tora qovuşdurdu. Qoldan ruhlanan meydan sahibləri hesabı bərabərləşdirmək üçün hücumlarını davam etdirdilər. Lakin matçda son nöqtəni “Kəpəz” qoydu. Son dəqiqələrdə meydana daxil olan Rüfət Əhmədov rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda aşırma zərbə ilə baxımlı qola imza atdı. Bu, “Sumqayıt”ın yenilənmiş Mehdi Hüseynzadə adına stadionda ilk məğlubiyyəti oldu. Çətin səfərdən 3 xalla qayıdan “Kəpəz” isə Premyer Liqadakı yerini qoruya biləcəyinin mesajını verdi.

10 nəfərlə məğlubiyyətdən xilas olan “Zirə”

Ötən tur “Araz-Naxçıvan”a qalib gələrək 10 oyunluq qələbəsizlik seriyasına son qoyan “Zirə” öz meydanında “Turan Tovuz”u qəbul etdi. Bu komandaların ilk dövrədəki qarşıdurmasında “Zirə” qalib gəlmiş, ikinci dövrədəki matçda isə sevinən tərəf tovuzlular olmuşdu.

Oyun qonaqlar üçün yaxşı başladı. 12-ci dəqiqədə Alexandro Serranonun gözəl ötürməsindən sonra rəqib müdafiəçiləri qabaqlayaraq topu qəbul edən Belajdi Pusi dəqiq zərbə ilə hesabı açdı. Meydan sahiblərinin qapıçısı Tiaqo Silva topa toxunsa da, zərbə güclü olduğu üçün portuqaliyalı qolkiper komandasını qoldan xilas edə bilmədi. 20 dəqiqə sonra qonaqlar ikinci qolu vurmağa yaxın oldular. Ancaq Ayxan Quseynovun zərbəsindən sonra Silva qapı dirəyinin də köməyi ilə bu dəfə qola imkan vermədi. Fərid Nəbiyevin qol şansını da “Zirə”nin qolkiperi əlindən aldı.

Hesabda geridə olan “Zirə” fasiləyədək daha bir zərbə aldı. 43-cü dəqiqədə təhlükəli hücum təşkil edən “Turan Tovuz”un oyunçusu İsmayıl Zülfüqarlının qapıçı ilə təkbətək çıxmasının qarşısını İssa Cibrila kobudluqla kəsdi. Matçın baş hakimi Rəvan Həmzəzadə tərəddüd etmədən Cibrilaya birbaşa qırmızı vərəqə göstərərək, onu meydandan uzaqlaşdırdı.

Azlıqda qaldıqdan sonra “Zirə”nin ikinci hissədə məğlubiyyətlə barışıb-barışmayacağı maraq doğururdu. Meydan sahibləri 10 nəfərlə qalmalarına rəğmən, imkan tapdıqca hücuma atılırdılar. Belə hücumların birində Sumanın zərbəsinin qarşısını “Turan Tovuz”un qapıçısı Aydın Bayramov kəsdi. 62-ci dəqiqədə “Zirə” penalti vurmaq hüququ qazandı. Qonaqların müdafiəçisi Şəhriyar Əliyev cərimə meydançası daxilində lüzumsuz yerə Dmitrios Çantakiasın üzünə əllə toxunduğu üçün penaltiyə səbəb oldu. Topa yaxınlaşan Ceyhun Nuriyevin riskli şəkildə yerinə yetirdiyi zərbədən sonra top tirə dəyərək qapıdan keçdi.

Sonrakı dəqiqələrdə “Turan Tovuz”un hesabda yenidən önə çıxmaq üçün fürsətləri olsa da, Tiaqo Silva yaxşı oynayaraq, buna imkan vermədi. 76-cı dəqiqədə qonaqların qapıçısı Aydın Bayramov zədələnərək, oyunu yarımçıq dayandırmaq məcburiyyətində qaldı. Matçda başqa yaddaqalan an olmadı və tərəflərin budəfəki mübarizəsi sülhlə nəticələndi.

“Sabah”ın tarixində ilk

“Sabah” və “Araz-Naxçıvan” ötən turda uduzduqları üçün öz aralarında keçirilən qarşılaşmada mütləq qələbə qazanmaq istəyirdilər. İlk hissə açıq-aşkar ev sahiblərinin üstünlüyü şəraitində keçdi. “Sabah”ın heyətində xüsusən Davit Volkov fəallığı ilə seçilirdi. O, fasiləyədək bir neçə epizodda hesabı açmaq üçün yaxşı fürsət əldə etsə də, şansları qaçırdı. Nəticədə ilk hissədə qol səsi çıxmadı.

Əvəzində ikinci hissənin əvvəlindəcə “Sabah” hesabı açdı. Marqaritanın hava ötürməsindən sonra Volkovun başla zərbəsinin qarşısını rəqib qapıçı kəssə də, qayıdan topu Emmanuel Apeh qapıdan keçirməkdə çətinlik çəkmədi.

Qonaqlar cəmi 1 dəqiqə sonra tarazlığı bərpa edə bilərdilər. Di gəl ki, Ayaz Quliyevin “hədiyyəsini” “Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev dəyərləndirməyi bacarmadı. “Sabah”ı oyuna çıxaran İqor Ponomaryov 75-ci dəqiqədə üçlü əvəzetməyə əl atdı. Meydana çıxan futbolçulardan biri də Kahim Parris oldu və final fitinədək adını tabloya yazdırmağı bacardı. Matça əlavə olunan 6-cı dəqiqədə komandasına penalti qazandıran Parris topa özü yaxınlaşdı və qarşısıalınmaz zərbə ilə oyunda son nöqtəni qoydu. Bu, “Sabah”ın tarixi ərzində “Araz-Naxçıvan” üzərində ilk qələbəsi oldu.

“Səbail”i ikinci pilləyə yüksəldən geridönüş

Kaxaber Sxadadzenin rəhbərliyi altında ikinci oyununu “Səbail”ə qarşı keçirən “Qəbələ” rəqibi məğlub yola salmağı, beləcə “Kəpəz”lə aradakı xal fərqinin artmamasını hədəfləmişdi. Öz növbəsində “Səbail” də “Sabah” üzərindəki qələbədən sonra “qırmızı-qaralar”ı da məğlubiyyətə uğratmaq niyyətində idi.

Olduqca maraqlı və dramatik keçən görüşün ilk hissəsini “Qəbələ”nin, ikinci hissəsini isə “dənizçilər”in aktivinə yazmaq olar. Matça əla başlayan “Qəbələ” 14-cü dəqiqədə hesabı açmağa nail oldu. Cərimə meydançası daxilində nəzarətsiz qalan kapitan Ürfan Abbasov dəqiq zərbə ilə toru silkələdi. Hücumlarını davam etdirən meydan sahibləri çox keçmədi ki, ikinci qolu vurdular. Valdemar Almeydanın yanlış ötürməsi “Səbail”ə baha başa gəldi və nəticədə Osama Xalayla dəqiq zərbə ilə komandasının üstünlüyünü 2 topa çatdırdı. Bu, Osamanın cari mövsümdə 5-ci qolu oldu.

“Qəbələ” üçün oyun yaxşı keçdiyi vaxtda “qırmızı-qaralar”ın müdafiəçisi Lukas Afriko rəqib futbolçu Pedro Nunoya qarşı kobud oynadığına görə qırmızı vərəqə ilə cəzalandırıldı. Bundan sonra Sxadadzenin planı pozuldu, oyunun axarı isə dəyişdi.

“Səbail”in çalışdırıcısı Şahin Diniyev ikinci hissəyə əvəzetmə ilə başladı. Müdafiəçi Adi Mehremiçi yarımmüdafiəçi Suleyman Alluşla əvəzləyən Diniyev geridönüş etmək istəyirdi. Əslində, ikinci hissənin ilk 5 dəqiqəsi də ev sahiblərinin üstünlüyü şəraitində keçdi. 10 nəfərlə qalan “Qəbələ” 2 epizodda qol vurmağa yaxın olsa da, birincidə Əyyub Allaşın zərbəsini Səlahət Ağayev əla seyvlə dəf etdi, ikincidə isə Osama Xalaylanın başla zərbəsində dəqiqlik çatmadı.

Tədricən qonaqlar rəqibin azlıqda qalmasından faydalanmağa başladılar. Əvvəlcə kornerdən ötürmədən sonra Yusif Nəbiyev dəqiq baş zərbəsi ilə sabiq komandasını cəzalandırdı. İki dəqiqə sonra Yusif cərimə zərbəsindən sonra dublunu rəsmiləşdirə bilərdi. Ancaq onun qüvvətli həmləsinin qarşısını Atanqana kəsdi. 65-ci dəqiqədə “Səbail” hesabı bərabərləşdirdi. Rüfət Abdullazadə cərimə meydançası daxilində əla zərbə ilə adını tabloya yazdırdı. 6 dəqiqə ərzində status-kvonu bərpa edən “dənizçilər” bununla kifayətlənmədilər.

Oyunun sonlarında “Qəbələ”nin daha çox yorulmasından istifadə edən “Səbail” qələbə qolunu vurmağa da fürsət tapdı. 90+1-ci dəqiqədə Nir Bardea dəqiq baş zərbəsi ilə topu tora qovuşdurdu. Bu qol meydan sahibləri üçün “soyuq duş”, qonaqlar üçün isə geridönüş demək idi. Bu qalibiyyət sayəsində “Səbail” ikinci pilləyə yüksəldi. “Qəbələ” isə “Kəpəz”dən artıq 8 xal deyil, 11 xal geridədir.

“Qarabağ” derbidə yenə xal vermədi

Cari mövsümün ilk 2 dövrəsində keçirilən oyunlarda “Neftçi”yə qalib gələn “Qarabağ” budəfəki matçın da favoriti idi. 6500 azarkeşin izlədiyi görüşün ilk hissəsində Ağdam klubunun daha çox qol imkanı olsa da, fasiləyə kimi hesab açılmadı. Fasiləyədək “Neftçi”nin heyətində ən yaxşı oyunçu, şübhəsiz, Rza Cəfərov idi. Gənc qapıçı bir neçə epizodda komandasını real qoldan xilas etdi.

“Qarabağ” ikinci hissəyə qolla başladı. 47-ci dəqiqədə “Neftçi”nin cərimə meydançasında qarışıqlıq yarandı və Qara Qarayev başla topu uzaqlaşdırmaq əvəzinə onu geriyə ötürdü. Nəriman Axundzadə isə Qaranın “ötürməsini” başla qola çevirdi.

56-cı dəqiqədə “Neftçi” hesabı bərabərləşdirməyə yaxın oldu. Ancaq Morenonun zərbəsindən sonra topun tora qovuşmasına Yankoviç imkan vermədi. “Qarabağ”ın cavab həmləsi ilə qolla nəticələndi. Əslində, bu qolu da “Neftçi”nin öz oyunçusu təşkil etdi. “Ağ-qaralar”da səhv etmək növbəsi bu dəfə Yuri Matiasa çatdı və braziliyalı müdafiəçinin kobud səhvindən sonra topu ələ keçirən Abdullah Zubir qapıçı ilə üzbəüz qaldı, onu aldatmaq istəyərkən isə Rza Cəfərov Zubiri kobudluqla dayandırdı. “Neftçi”nin qapısına penalti təyin edən referi bu epizodda sarı vərəqə ilə kifayətləndi. Ağ nöqtəyə yaxınlaşan Toral Bayramov isə şansı qaçırmadı.

5 dəqiqə sonra Nəriman Axundzadənin başla zərbəsindən sonra top qapı tirindən qayıtdı. 71-ci dəqiqədə hakim oyunda ikinci penaltini təyin etdi. O, Yassin Benzianın topa əllə toxunduğunu əsas gətirərək, “Qarabağ”ı 11 metrlik cərimə zərbəsi ilə cəzalandırdı. Topa yaxınlaşan Filip Ozobiç dəqiq zərbə ilə sabiq komandasına qol vurdu.

Oyuna intriqanın qayıtdığı düşünülsə də, “Qarabağ” buna imkan vermədi. Qonaqlar matça əlavə olunan dəqiqələrdə daha 2 qol vurdular. Əvvəlcə sürətli əks-hücuma keçən “Qarabağ” Toral Bayramovun qolu ilə hesab arasındakı fərqi 2-yə çatdırdı. 4-cü qol da 3-cü qolun oxşarı oldu. Belə ki, yenə “Neftçi”ni sürətli əks-hücumda yaxalan ağdamlılar bu dəfə Leandro Andrade ilə fərqləndilər. Beləliklə, Azərbaycan derbisi yenə “Qarabağ”ın qələbəsi ilə yekunlaşdı. Qurban Qurbanovun komandası derbidə məğlubiyyətsiz oyunlar seriyasını 11-ə, qələbə seriyasını isə 4-ə çatdırdı.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-15 02:08

“Sevilya”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-15 01:55

“İnter” və “Napoli”dən xal itkisi

blank
Dünya futbolu2024-04-15 01:38

“Brest” Liondan xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-15 01:19

“Liverpul” da uduzdu, “Arsenal” da

blank
Dünya futbolu2024-04-15 01:02

Həsənalızadənin komandası evdə xal itirdi

blank
Dünya futbolu2024-04-15 00:50

Şeydayevin hesabı açdığı oyunda “Kocaelispor” qalib gəldi

blank
Dünya futbolu2024-04-15 00:37

“Fənərbaxça” qalib gəldi, Renatın komandası darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-15 00:09

“Bayer” çempionluğu rəsmiləşdirdi

blank
Milli komanda2024-04-14 23:39

“Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər”

blank
Milli komanda2024-04-14 23:04

Millimiz Gürcüstan yığmasına məğlub oldu

blank
Premyer-liqa2024-04-14 22:43

“Sabah” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-14 22:16

“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov

blank
Digər idman növləri2024-04-14 22:07

Monte-Karloda çempion məlum oldu

blank
Premyer-liqa2024-04-14 21:59

“Qarabağ”ı udmağa görə 6 xal vermirlər” – Renduliç

blank
Digər idman növləri2024-04-14 21:25

Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu

blank
Digər idman növləri2024-04-14 21:09

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:55

“Qarabağ” “Sabah”a uduzdu

blank
Digər idman növləri2024-04-14 20:22

Boksçumuz Avropa çempionu oldu

blank
Premyer-liqa2024-04-14 20:03

“İkinci hissədə komandam xarakter göstərdi” – Diniyev

blank
Premyer-liqa2024-04-14 19:44

“Səbail” – “Kəpəz” matçında 6 qol – VİDEO

blank
Premyer-liqa2024-04-14 19:22

“Yaxşı oyunla azarkeşlərimizi sevindirə bildik” – Adil Şükürov

blank
Əvəzedicilər2024-04-14 19:10

“Neftçi”nin əvəzedicilərindən 8 cavabsız qol

blank
Premyer-liqa2024-04-14 18:28

“Səbail” – “Kəpəz” matçında məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-14 16:56

“Kəpəz”in futbolçusu mükafatlandırıldı

blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm