Dünya futbolu
Deşam da Zidanı müdafiə etdi
Fransa futbolunda başverənlərə Didye Deşam da biganə qalmayıb. Milli komandanın baş məşqçisi Zinəddin Zidanla qarşı-qarşıya qoyulmasına maraqlı münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, Deşam federasiya prezidenti Noel Le Qreyin Zidan haqqında dediklərini dəstəkləmir: “Onun Zinəddin barədə dedikləri doğru deyildi. Məncə, Zizudan üzr diləməsi yerində atılan addım oldu və xoş qarşılanmalıdır. Futbolda elə bir vəziyyət yaranıb ki, sanki Zidanla mən qiyabi rəqabət aparırıq, hətta müxalifətin yaranmasından danışa bilərik”.
Deşam vaxtilə kapitanı olduğu millidə Zidanla birgə yaşadıqlarını xoş hisslərlə xatırlayıb: “Sizi əmin edirəm ki, birgə yaşadıqlarımıza və paylaşdıqlarımıza görə Zizuya həmişə sonsuz hörmətim olacaq. Onun Fransa futbolu üçün etdikləri danılmazdır”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO