Digər idman növləri
“Detroyt”un uğursuzluğu azarkeşləri ayağa qaldırdı
“Detroyt Pistons” komandası dünən keçirilən oyunda yenə fə qələbə qazana bilməyib. Komanda ardıcıl 25-ci oyundur ki, məğlub olur. Antirekordları yeniləyən “Pistons” bu dəfə evdə “Yuta Caz”la bacarmayıb – 111:119.
Oyunda ən məhsuldar basketbolçu 28 xal toplayan detroytlu Keyd Kanningem olub. Görüşdən sonra azarkeşlər “klubu satın” şüarları səsləndirməyə başlayıb.
“Los-Anceles Klippers” komandası son 10 oyunda ilk dəfə məğıub olub. Bu il əla çıxışı ilə diqqəti çəkən “Oklahoma-Siti Tanders” 134:115 hesablı qələbə ilə rəqibin seriyasını qırıb.
Digər bir maraqlı məqam “Memfis Qrizliz”in qələbəsidir. Co Morentin dönüşündən sonra memfislilər ardıcıl ikinci qələbəni qazanıblar.
Çempionatın liderlərindən biri “Minnesota Timbervuls”un irəliləyişi davam edir. Bu gecə onlar “Los-Anceles Leykers”i məğlubiyyətə uğradıblar.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…