Dünya futbolu
Dias PSJ-yə keçə bilər
Luis Dias “Liverpul”dan ayrıla bilər. Kolumbiyalı cinah hücumçusu PSJ-dən ciddi təklif alıb.
Futbolinfo.az xəbər verir ki, Fransa klubu Kilian Mbappenin əvəzedicisi rolunda ona da maraq göstərir. Parislilər İngiltərə klubuna 75 milyon funt-sterlinq dəyərində təkliflər paketi göndərəcək.
Dias iki il öncə “Portu”dan 47 milyon avroya transfer edilib. Onun “Liverpul”la 2027-ci ilin yayınadək müqaviləsi var.
Luis özü də mersisaydlıları tərk etməyin əleyhinə deyil. 27 yaşlı oyunçu baş məşqçi Yürgen Kloppun yayda postundan gedişindən sonra komandanın indiki əzəmətini itirəcəyindən narahatdır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…