Bizi izləyin

Ölkə futbolu

Donald Gerye: “Azərbaycan xalqı öz Vətəni uğrunda döyüşür”

blank

“Dünən pasport gəlib çıxdı. Vaxtında bilsəydim, Polşaya səfərlə bağlı problem olmayacaqdı. Amma hələ az da olsa, şans var. Bu gün viza ala bilsəm, “Legiya” ilə matça çatmaq olar”.

Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Donald Gerye “sport.tvp.pl” saytına müsahibəsində UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sı ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, Varşava təmsilçisinin yerli çempionatdakı son matçının təxirə salınması rəqib üçün əlavə üstünlükdür: “Bu yaxınlarda Azərbaycan Premyer Liqası matçımızda heç-heçə etdik. Halbuki qələbəyə yaxın tərəf biz idik. Bilirəm ki, “Legiya” çempionatda son oyununa çıxmayıb. Buna görə də “Qarabağ”la görüşə hazırlaşmaq üçün daha çox vaxtı olub. Bu isə Polşa çempionunun yorğunluq səviyyəsini azaldır. Bizim isə istirahət etmək üçün çox vaxtımız yox idi. “Molde” ilə oyundan sonra Bakıya qayıtmalı və dərhal çempionatda oynamağa hazır olmalı idik”.

Həyat yoldaşının Polşadan olduğunu xatırladan 31 yaşlı oyunçu tezliklə bu ölkənin pasportunu alacağını söyləyib: “Polşa mənim üçün doğma ölkədir, xanımım buralıdır. Polşa pasportu barədə düşünürəmmi? Məncə, tezliklə alacağam. “Visla”da keçirdiyim vaxtlar bir çox xoş xatirələri yada salır”.

Azərbaycan və Polşa çempionatlarını müqayisə edən Gerye maraqlı fikirlər səsləndirib: “Ekstraklassada güclü futbolçu qıtlığı yoxdur, oyunlarda sürət yuxarı olur. Azərbaycan çempionatı isə pul üzərində qurulub. Məsələn, Krakov “Visla”sında futbolçulara ayda təqribən 5 000 ABŞ dolları ödəyirlər. Burada isə məbləğ böyükdür. Legionerlər aylıq 25-30 min ABŞ dolları qazanırlar. Azarkeş baxımından da üstünlük Polşa klublarındadır. Azərbaycanda insanlar stadiona əsasən avrokubok matçları zamanı gəlirlər. Klub Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsində çıxış edirsə, azarkeş sayı çox olur. Daxili yarışda isə say azalır. Polşada “Legiya” və “Lex”in matçlarında oynadığı rəqibdən asılı olmayaraq stadionda çoxlu azarkeş olur. Bu barədə Yakub Jezniçakla çox danışmışam”.

Haiti millisinin üzvü 2019/2020 mövsümünün sonunda “Neftçi”dən ayrılaraq yenidən “Qarabağ”a qayıtmasının səbəbini açıqlayıb: “Baş məşqçi transferimdə israr etdiyi üçün “Qarabağ”a qayıtdım. Bura mənim üçün yaxşı yerdir. Komandaya lazım olduğum üçün bu addımı atdım”.

Futbolçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı da fikirlərini bölüşüb: “O, hər şeydən öncə nizam-intizamı sevən mütəxəssisdir. Amma bu, Qurbanovun dahi insan olduğu və oyunçularını mümkün qədər başa düşmək istədiyi həqiqətini dəyişdirmir. Hər zaman onun köməyinə ehtiyacımız var. Qızım öləndə baş məşqçi mənə inanılmaz dəstək vermişdi. Çox yaxın olmuşuq. Bu, mənim üçün çox şey deməkdir. Oyunçunun problemi yaranarsa, o, asanlıqla Qurbanova yaxınlaşa və bu barədə danışa bilər”.

Cəbhədə baş verən hadisələrə də toxunan Gerye komandasının azarkeşləri sevindirmək üçün mümkün olan hər şeyi edəcəyini söyləyib: “Komandama inanıram və ümid edirəm ki, mövsümün əvvəlindən bu yana ən yaxşı oyunumuzu göstərib Varşavada qalib gələcəyik. Ön xəttdə baş verənlərdən xəbərdarıq. İnsanlar ölür, Vətən uğrunda döyüşürlər. Oyunçular azarkeşləri sevindirmək üçün hər şeyi edəcəklər. Bu, şəhidlərin xatirəsinə də hörmət ola bilər”. (Report)

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Premyer-liqa2024-04-21 16:31

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm