Digər idman növləri
Donçiç qələbə ilə qayıtdı
MBA-da ötən gecə 13 görüş keçirilib. Zədəsini sağaldandan sonra geri dönən Luka Donçiç komandasının qələbə qazanmasında böyük rol oynayıb.
“Maveriks”in lideri “San-Antonio Spörs”lə görüşdə tripl-dabl edib. Qonaqların heyətində türkiyəli basketbolçu Cedi Osman 3 xal toplayıb. Oyunu izləyənlər arasında Madrid “Real”ı və Belçika millisinin qapıçısı Tibo Kurtua da olub.
Stiv Körri və Kley Tompsonun 55 xal topladığı qarşılaşmada “Qolden Steyt Vorriors” Portlend komandası üstələyib.
Digər oyunlar arasında ən diqqətçəkəni “Leykers”in qələbəsidir. Lebron Ceymsin komandası “Oklahoma-Siti Tander” səfərində 126:120 hesablı qələbə qazanıb.
“Hyuston Rokets” nəhayət ki, səfər görüşündə qələbəyə nail olub. Alperen Şengünün 37 xal topladığı oyunda komanda “Nyu-Orlean Pelikans”ı məğlub edib. Bu, türk basketbolçunun karyerasında ən məhsuldar oyun olub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq