Digər idman növləri
Dubay turnirinin qalibi məlum oldu
Tennis üzrə ATP-500 turnirində qalib müəyyənləşib. Dubayda keçirilən turnirin finalında Uqo Umberlə Aleksandr Bublik qarşılaşıb. Qələbəni fransalı tennisçi bayram edib. Umber qazaxıstanlı rəqibinə 1 saat 26 dəqiqə ərzində qalib gəlməyi bacarıb – 6:4, 6:3.
25 yaşlı tennisçi üçün bu uğur karyerasında 6-cı olub. Bu mövsüm isə o, artıq ikinci dəfədir ki, turnirin qalibi olur. Bir neçə gün əvvəl Umber vətəni Marseldə çempion olmuşdu.
Bu çempionluqdan sonra Umber reytinqdə 4 pillə irəliləyərək 14-cü sıraya qalxacaq. Aleksandr Bublik də ilk iyirmi tennisçi sırasına daxil olacaq. Bu da onun üçün ən yüksək nəticə deməkdir.