Bizi izləyin

Ölkə futbolu

Dumanlı oyunun aydın yekunu: “Qarabağ” itirə-itirə… fərqi artırır

blank
blank

“Qarabağ” xal itirə-itirə xal fərqini artırır. Və “Neftçi” indiki durumda da ağdamlıları məğlub edə bilmirsə, Qurban Qurbanovun yetirmələrinin mövsümü məğlubiyyətsiz başa vuracağına şübhə yoxdur.

Qatı duman üzündən rahat izləyə bilmədiyimiz matç barədə əsasən nəticəyə, heyətlərə və statistik göstəricilərə əsaslanaraq fikir yürüdə bilərik. Elə bu da kifayətdir. “Neftçi” ardıcıl 6 məğlubiyyətdən sonra “Qarabağ”dan xal qopara bildisə, rəqibin gərgin qrafikinə və avrokuboklardakı məğlubiyyətin gətirdiyi psixoloji duruma minnətdar olmalıdır.

Yorğunluq, zədələr, xəstəlik “Qarabağ”ı o qədər çətin duruma salmışdı ki, komananın sağ cinahında mərkəz müdafiəçisi oynayırdı. Uzun müddət oynamayan, formada olmayan Filip Ozobiçin start heyətində görünməsi də ansamblın pozulmasına gətirib çıxarmışdı. “Neftçi” bu üzdən orta sahədə ciddi üstünlük qazanıb rəqibi məğlub edə bilərdi.

İnsaf naminə Laurentsiu Regekampf meydan sahiblərinin boşluqlarından məharətlə istifadə etməyi bacarmışdı. Xüsusilə ilk hissədə qonaqlar daha yaxşı oynayırdı. Hesabın açılması öz yerində, “Qarabağ”ın rotasiyaya uğramış heyəti heç nə ilə yadda qalmırdı. Lakin hətta xoşagəlməz fiziki-psixoloji durumda da “Qarabağ” ayağa qalxmağı bacardı. Faslədən sonra rəqibi üzərində aşkar üstünlük quran ağdamlılar məğlubiyyətdən qaça bildi.

Düzdü, nəticəyə təsir edən amillər oldu. Qurbanov fasilədən sonra yorğun olmalarına rəğmən, 5 əsas heyət oyunçusunu döyüşə atdı. Ən önəmlisi “Neftçi”nin eyni qarşılığı verə bilməməsi oldu. Bakılıların qışda gətirdiyi yeni oyunçular komandaya güc qatsa da, heyət yetərsizliyi özünü göstərdi. Regekampf əvəzləmələrə başlayanda, yorulanları dəyişməyə start verəndə məlum oldu ki, ehtiyat qüvvə bərbaddır.

Bəlkə hələ bu vəziyyətdə də qələbə hesabını qorumaq mümkün olacaqdı. 80-ci dəqiqədə Ataa Caberin zədələnməsi ilə bütün planlar alt-üst oldu. Meydanın mərkəzində böyük həcmdə iş görən israilli legionerin sürüşmə fəndi yerinə yetirərkən ayağını sındırması “Qarabağ”ın yarımmüdafiədə təşəbbüsü ələ almasına səbəb oldu. Nəticədə cinah ötürməsindən sonra bərabərlik qolu vuruldu. Bakılılar üstün olduğu dəqiqələrdə fərqi artırsaydı, yəqin ki, indi rəqibinin mövsümdəki ilk məğlubiyyətindən bəhs edirdik.

“Qarabağ”ın mövsümdə düşdüyü ən çətin vəziyyətdən faydalanmağı bacarmayan “Neftçi”nin böyük iddialarından danışmaq yersizdi. Komanda ciddi şəkildə güclənməli, keyfiyyətli oyunçu ehtiyatını artırmalıdır. Və bütün bunlar üçün pul xərclənməlidir. Klub rəhbərliyi simicliyin daşını atmalı, amma maliyyəni havaya da sovurmamalıdır – lazımi mövqelərə nöqtə transferlər reallaşdırılmalıdır. Ağdamlılar başverənlərdən dərs çıxaracaq, bir də özünü bu qədər çətin vəziyyətə salmayacaq. Hər şeyi qaydasında olan “Qarabağ”ı üstələmək üçünsə ekstra işlər görmək lazımdır.

Bir neçə gündür “Qarabağ”ın “Gent”i keçə bilməməsindən yazırıq. Təbii ki, komandada müəyyən çatışmazlıqlar oldu. Amma səbəblərdən biri də elə dünənki oyunda idi. “Qarabağ”ın yarımcan heyətini yenə bilməyən “Neftçi” rəqabət yaratmayınca, ağdamlılar da inkişaf edə bilməyəcək. Halbuki “atlılar”a ölkə daxilində problem yaradan 2-3 klub olsa, komanda qitə yarışları üçün daha hazırlıqlı olardı.

“Qarabağ” “Sabah”dan 9, “Neftçi”dən 13 xal öndədir. Komandanın yayadək çempionatdan başqa mübarizə aparacağı başqa yarış olmadığını nəzərə alsaq, ağdamlılar növbəti 12 turda qızıl medalları heç kimə güzəştə getməyəcək, əksinə, fərqi daha da artıracaq. Digər medalları bölüşdürəcək paytaxt klubları ümidini yeni mövsümə saxlamalıdır. Amma onun üçün də ciddi işlər görülməlidir. Xüsusilə “Neftçi”, nəhayət, toparlanmalıdır.

FƏRİD

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm