Digər idman növləri
Dünya çempionatında 3 bürünc medal şansı
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, yarışın 5-ci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
Tofiq Əliyev (57 kq) debütdə türkiyəli Ahmet Dumana müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün Tofiq sabah ukraynalı Kamil Kərimovla təsəlliverici görüşdə qarşılaşacaq.
Kənan Heybətov (70 kq) fransalı Əhməd Yezza üzərində inamlı qələbə qazanıb – 8:1. Gənclər arasında dünya çempionumuz 1/8 finalda almaniyalı Şamil Ustayevi sonuncu xal prinsipinə əsasən (1:1) üstələsə də, növbəti mərhələdə gürcüstanlı Giorgi Elbakidzeyə minimal fərqlə uduzub – 4:5. Rəqib finala yüksəldiyi üçün Heybətov sabah təsəlliverici görüşdə Şri-Lanka təmsilçisi Lahiru Vadiqeylə üz-üzə gələcək.
Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində yaponiyalı Kosuke Yamakuraya 10:11 hesabıyla məğlub olub.
İslam İlyasov (97 kq) ilk görüşdə türkmənistanlı Şatlik Yemelyayevə heç bir şans tanımayıb – 10:0. Həmyerlimiz daha sonra ukraynalı Yunus Qafurovu 4:0 hesabıyla üstələyərək yarımfinala yüksəlib. İlyasov finalın bir addımlığında amerikalı Tanner Sloana uduzub – 2:10. İslam sabah bürünc medal uğrunda Mucahit Çelik (Türkiyə) – Andro Marqişvili (Gürcüstan) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…