Digər idman növləri
Dünya reytinqinin keçmiş liderinin cəzası azaldıldı
İdman Arbitraj Məhkəməsi (CAS) rumıniyalı tennisçi Simona Halepin cəzasını 4 ildən 9 aya endirib. Bu barədə BBC məlumat yayıb.
2022-ci ilin oktyabrından cəzasını çəkdiyinə görə Halep artıq yarışlara qatıla bilər. Qeyd edək ki, məhkəmə işi fevralın 7-də Lozannada baş tutmuşdu. 32 yaşlı tennisçi 4 illik cəzaya görə appelyasiya vermişdi. Həmin iclasdan sonra Halep doğru olduğunu əminliklə söyləyərək , yarışlara qatıla biləcəyini vurğulamışdı.
Xatırladaq ki, keçən ilin sentyabrında idmançı antidopinq qaydalarını pozduğuna görə 2026-cı ilə qədər cəzalandırılmışdı. 2022-ci ildə ondan götürülən dopinq-testdə roksadustat maddəsi aşkar edilmişdi. Həmçinin, tennisçinin biolji pasportunda qayda pozuntuları üzə çıxmışdı.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı