Digər idman növləri
Dürant 8-ci yerə yüksəldi
MBA-da bu gecə 8 oyun baş tutub.
“Finiks Sans” evdə “Filadelfiya Siksers”i 115:102 hesabı ilə məğlub edib. Komandanın lideri Kevin Dürant qazanılan xalların sayına görə MBA tarixində 8-ci pilləyə yüksəlib.
Şərq konfransının liderlərinin oyununda “Boston Seltiks” qalib gəlib. Onlar evdə “Miluoki Baks”dan üstün olublar – 122:119. Teytum 31 xal toplayıb. Antetokumbonun yoxluğunda “Miluoki”də ən məhsuldar basketbolçu 32 xal toplayan Lillard olub.
“Toronto Reptors” evdə “Sakramento Kinqs”ə 89:123 hesabı ilə uduzub. Pley-in zonasında yerini təmin etməyə çalışan “Qolden Steyt Vorriors” evdə “Memfis Qrizliz”ə qalib gəlib – 137:116. Kuminqa oyunda 26 xal toplayıb.
“Oklahoma Siti Tander” evdə Yuta komandasından üstün olub – 119:107. Holmqren görüşü 37 xalla tamamlayıb.