Dünya futbolu
Edin Ceko “Neftçi” ilə oyundan imtina etdi
Rusiyada keçiriləcək “PARI Premyer” turnirində iştirak edəcək “Fənərbağça” Sankt-Peterburq şəhərinə yollanmağa hazırlaşır.
Futbolinfo.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi səfər öncəsi problemlə üzləşib.
Belə ki, yeni transfer Edin Ceko komanda ilə birlikdə Rusiyaya yollanmayacağını rəhbərliyə bildirib. 37 yaşlı ulduz futbolçu bu imtinasını Rusiyanın Ukraynaya hərbi hücumu ilə əlaqələndirib.
Bu müharibədə Ukraynanı dəstəkləyən forvard Türkiyədə qalması üstün tutub. Bu da o deməkdir ki, Ceko “Zenit”, “Srvena Zvezda” və “Neftçi” ilə oyunlarda iştirak etməyəcək.
Qeyd edək ki, “Fənərbağça” ilə “Neftçi” arasında oyun iyulun 15-də olacaq.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”