Bizi izləyin

Ölkə futbolu

“Əl oyunu və penaltilər” Premyer Liqası

blank
blank

Misli Premyer Liqasının XXII turunda qapılara ümumilikdə 15 qol vuruldu. 5 görüşdən ikisində meydan sahibləri, birində qonaqlar qələbəyə sevindilər, digər 2 matçda isə heç-heçə qeydə alındı. Tur penaltilərin çoxluğu ilə diqqət çəkdi. Belə ki, ədalət təmsilçiləri ümumilikdə 6 dəfə ağ nöqtəni göstərdilər. Penaltilərdən 5-i əllə oyuna görə təyin edildi.

İmanovun səhvi və itirilən 2 xal

Yaxın müddətdə Azərbaycan Kubokunda iki dəfə “Sabah”la üz-üzə gələn, ilk görüşdə rəqibini darmadağın edən (7:1), cavab matçında isə uduzan (3:4) “Qarabağ” bu dəfə çempionat oyununda “bayquşlar”la qarşılaşdı. Kubok qarşılaşmalarını buraxan Ağdam klubunun yeni transferi Aleksey İsayev sabiq komandasına qarşı budəfəki oyunda meydanda idi. Yeni baş məşqçisi müəyyənləşməyən “Sabah” isə meydana yenə idman direktoru İqor Ponomaryovun rəhbərliyi altında çıxmışdı.

Oyunun ilk dəqiqələri qol epizodları baxımından kasad keçdi. “Qarabağ” rəqib qapıçı Yusif İmanovu ilk dəfə 29-cu dəqiqədə oyuna qoşulmağa məcbur etdi. Zubirin əla ötürməsindən sonra Juninyonun zərbəsini İmanov dəf etdi. Yarım saatın tamamında baş hakim Rəvan Həmzəzadə matçda ilk penaltini təyin etdi. Amin Seydiyevin topa əllə toxunması 11 metrlik cərimə zərbəsi ilə nəticələndi və Marko Yankoviç zərbəni səhvsiz yerinə yetirdi. Fasiləyədək “Sabah” tarazlığı bərpa edə bildi, özü də penaltidən. Elvin Cəfərquliyevin rəqib futbolçuya qarşı kobud oyunu penalti olaraq qiymətləndirildi və İshak Belfodil status-kvonu bərpa etdi.

Matçda 3-cü və 4-cü qollar da penaltidən vuruldu. Əvvəlcə Bədavi Hüseynovun əllə oyununa görə 11 metrlik cərimə zərbəsi təyin edildi və Belfodil “Qarabağ”ın qolkiperi Andrey Lunyovla budəfəki dueldən də qalib ayrıldı. 10 dəqiqə sonra isə topa əllə toxunmaq növbəsi Boyan Letiçə, penalti vurmaq növbəsi isə Juninyoya çatdı. “Sambaçı” da şansı boşa verməyərək, Premyer Liqada vurduğu qolların sayını 15-ə çatdırdı.

Görüşün sonu daha maraqlı keçdi. Tellur Mütəllimovun baxımlı qolu ofsayd səbəbi ilə ləğv edildi, Bədavi Hüseynovun fərqlənməsinə isə İmanov əla seyvlə imkan vermədi. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Tellur yenidən səhnəyə çıxdı və daha baxımlı qolla adını tabloya yazdırdı. O, uzaq məsafədən qarşısıalınmaz zərbə ilə Lunyovu topu tordan çıxarmağa məcbur etdi. Əksəriyyət görüşün “Sabah”ın qələbəsi ilə nəticələnəcəyini gözlədiyi vaxtda “Qarabağ” növbəti dəfə tarazlığı bərpa etməyi bacardı. Benzianın cərimə meydançası həndəvərindən zərbəsi qapıçının düz üstünə gəlsə də, İmanov topu qucağından buraxdı. Yusifin bu səhvi “Sabah”ın 2 xal itkisi ilə nəticələndi.

Oyunun taleyini həll edən Diniyev

“Səbail”i Qəbələdə qəbul edən “Kəpəz” turu xalsız başa vurdu. Halbuki 5 qolun vurulduğu görüşdə ilk sevinən tərəf gəncəlilər oldu. Papunaşvilinin ötürməsindən sonra Junior əlverişli mövqedən toru silkələməyi bacardı. Qoldan daha da ruhlanan nominal meydan sahibləri fasiləyədək rəqibi ikinci dəfə mərkəzə dəvət edə bilərdilər. Ancaq Amil Yunanovun zərbəsini zədədən qayıdan və uzun müddətdən sonra əsas heyətdə meydana çıxan Səlahət Ağayev dəf edə bildi. Əvəzində ilk hissənin sonunda “Səbail” tarazlığı bərpa etdi. Əvvəlcə Ramalinqomun akrobatik zərbəsinin qarşısını “Kəpəz”in qolkiperi kəsdi. Az sonra isə referi Yeqor Xvalkonun topa əllə toxunduğunu əsas gətirərək Gəncə klubunun qapısına penalti təyin etdi. Ağ nöqtəyə yaxınlaşan Ramalinqom qapıçı ilə dueldən qalib ayrıldı. Bu, onun Premyer Liqadakı 8-ci qolu oldu.

Qonaqların baş məşqçisi Şahin Diniyev ikinci hissəyə oyunun taleyini həll edəcək 2 əvəzetmə ilə başladı. Yadin Luqasi və yeni transfer Suleyman Alluşu meydana buraxan mütəxəssis matçın gedişatını dəyişməyi bacardı. Xüsusən, Alluş matçın qəhrəmanı oldu. Əvvəlcə Suleymanın da iştirak etdiyi hücumun yekununda Rüfət Abdullazadə toru silkələdi. 60 və 90-cı dəqiqələrdə isə Alluş özü fərqləndi. O, ilk qoluna kornerdən ötürülən topu sol ayaqla qapıdan keçirməklə imza atdı. 90-cı dəqiqədə isə ikinci hissədə oyuna qoşulan digər futbolçu Luqasi topu rəqib qapıçıdan “oğurladı” və onu daha yaxşı mövqedə qərarlaşan Alluşa ötürdü. Sonuncu isə yaxın məsafədən qapını dəqiq nişan aldı. Beləliklə, 2024-cü ildə zəif çıxışı ilə diqqət çəkən “Səbail” uğursuz seriyaya “Kəpəz” üzərindəki vacib qələbə ilə son qoydu.

Əla formada olan Ayxan və “Turan Tovuz”a güc qatan Souza

“Qəbələ”ni qəbul edən “Turan Tovuz” meydana 3 xal üçün çıxmışdı. Ayxan Abbasovun yetirmələri çətin olsa da, bu missiyanın öhdəsindən gələ bildilər. Matçda hesabı tovuzlular açdılar. Lakin buna qədər “Qəbələ”nin də qol imkanları oldu. Hətta epizodların birində Ürfan Abbasovun zərbəsinin qarşısını qapı tiri kəsdi.

43-cü dəqiqədə Tovuz şəhər stadionu “qol” sədalarına büründü. Son vaxtlar əla formada olan Ayxan Quseynovun dəqiq ötürməsindən sonra Aleks Souza aşırma zərbə ilə topu tora qovuşdurdu. Bu, qışda “Turan Tovuz”a transfer edilən Souzanın Azərbaycan çempionatında vurduğu 2-ci qol oldu.

53-cü dəqiqədə Ayxan Quseynov cərimə meydançası daxilindən sol ayağı ilə uzaq küncü dəqiq nişan aldı. Sonrakı epizodda Ayxanın yenə sol ayağı ilə baxımlı qol vurmasına “Qəbələ”nin qapıçısı mane oldu. Meydan sahiblərinin 3-cü qolu axtardığı vaxtda qonaqlar hesab arasındakı fərqi azaltdılar. Bilel Auaşeriya önünə düşən topu boş qapıya göndərməklə karyerasının ən asan qollarından birinə imza atdı. Ancaq “Qəbələ”nin bundan artığına gücü çatmadı və “Turan Tovuz” meydanı 3 xalla tərk etdi.

“Zirə” və “Sumqayıt”ın davam edən qələbəsizlik seriyası

Turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Sumqayıt” cari mövsümdə məğlub edə bilmədiyi “Zirə”dən bu dəfə 3 xal almaq niyyətində idi. Öz növbəsində “Zirə” də çempionatdakı qələbəsizlik seriyasına son qoymaq üçün meydana çıxmışdı. Daha çox məşqçilərin taktiki mübarizəsinin getdiyi görüşün əvvəlində “Sumqayıt” hesabı açmaq üçün yaxşı fürsət əldə etdi. Ruan Renatonun topa əllə toxunuşundan sonra hakim penalti təyin etsə də, Rövlan Muradov “Zirə”nin qapıçısı Tiaqo Silva ilə dueldən məğlub ayrıldı.

“Zirə” isə fasiləyədək Ceyhun Nuriyevlə qola yaxın oldu. Ancaq onun cərimə meydançası daxilindən sol ayağı ilə uzaq küncə zərbəsini Mehdi Cənnətov əla sıçrayışla dəf etdi. Hissənin sonlarında penalti vurmaq növbəsi “Zirə”yə çatdı. Ancaq topa yaxınlaşan Qismət Alıyev də Rövlan kimi şansı qaçırdı. Onun zərbəsindən sonra top qapının yanından keçdi.

İkinci hissədə də tərəflərin cəhdlərinə, çoxsaylı hücumlarına baxmayaraq, oyunda hesab açılmadı. Beləliklə, “Zirə”nin çempionatdakı qələbəsizlik seriyası 9-a çatdı, “Sumqayıt” isə yenə qəsəbə klubuna qalib gələ bilmədi.

“Neftçi”nin “Araz-Naxçıvan” sindromu

Tura “Araz-Naxçıvan” – “Neftçi” görüşü ilə yekun vuruldu. Hər iki komanda fevralın 9-da Azərbaycan Kubokunda oyuna çıxmışdı. “Araz-Naxçıvan” “Qəbələ”yə uduzaraq mübarizəni dayandırmış, “Neftçi” isə “Sumqayıt”la cavab görüşündə heç-heçə edərək, iki oyunun nəticəsinə əsasən, yarımfinala adlayan tərəf olmuşdu.

Bu komandaların ilk dövrədəki oyununda “Araz-Naxçıvan” 1:0 hesablı qələbə qazanmış, ikinci dövrədə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Naxçıvan klubu ilə oyunlarda qələbəsizlik seriyasına son qoymaq istəyən “Neftçi” bu dəfə də istəyinə çatmadı.

İlk hissədə “Araz-Naxçıvan” rəqibi ilə müqayisədə daha çox qol epizodu yaratdı. Bununla belə, fasiləyədək hesab açılmadı. “Neftçi” ikinci hissəyə fəal başlasa da, ardıcıl hücumlar bəhrəsini vermədi. Oyunun sonlarında isə yenidən ev sahibləri üstünlüyü ələ keçirdilər. İlk hissədə zərbəsi qapı tirinə tuş gələn Orxan Əliyev 81-ci dəqiqədə baş zərbəsi ilə hesabı açmağa yaxın olsa da, “Neftçi”nin qolkiperi Rza Cəfərov əla seyvlə yadda qaldı.

90 dəqiqənin tamamında hakim əllə oyuna görə “Neftçi”nin qapısına penalti təyin etdi. Topa yaxınlaşan Orxan Əliyev şansı qaçırmadı və dəqiq zərbə ilə komandasına 3 xal qazandırdı. Bu, Orxanın Premyer Liqanın cari mövsümündə 7-ci qolu oldu. Beləliklə, “Neftçi” “Araz-Naxçıvan”la cari mövsümdəki 3-cü dueldə də qələbəyə həsrət qaldı.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm