Ölkə futbolu
Elvin “Şamaxı”nın yeni təklifini qəbul etməyib
Son mövsümü “Şamaxı”da keçirən Elvin Məmmədov əyalət klubunun Birinci iviziona düşməsindən danışıb. Futbolinfo.az-a açıqlamasında o, qərara hörmətlər yanaşmalı olduqlarını bildirib.
Bununla belə, Elvin çempionatda komanda sayının daha çox olmasının tərəfdarıdır: “Komandanın Premyer Liqada qalmasına ümidli idik. Əgər əsas çempionatda say çox olsaydı, yeni futbolçular görəcəkdik, izləyəcəkdik. Amma reqlamentə əsasən qərar verilib və buna hörmətlə yanaşmaq lazımdır. Çünki mövsümün əvvəlindən deyilmişdi ki, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. “Şamaxı” üçün əlbəttə ki, çətin olacaq. Həvəsli olsalar, yenidən əsas liqaya qayıda bilərlər, yerli futbolçulara şans verərlər”.
Təcrübəli yarımmüdafiəçi komandanı tərk edəcəyini bildirib: “Rəhbərlik yeni müqavilə təklif etdi, amma mən razılaşmadım. Burada qalmayacam”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı