Ölkə futbolu
Elyunussi Azərbaycan dilində vida etdi
“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını başa vurub. Bununla bağlı norveçli oyunçu özünün “İnstaqram” səhifəsində paylaşım edib.
O, legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib və oynadığı müxtəlif klubların formasında fotolarını paylaşıb.
“Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!”
Qeyd edək ki, 36 yaşlı sabiq futbolçu 2017/2018 mövsümündə “Olimpiakos”dan “Qarabağ”a icarəyə verilmişdi.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…