Milli komanda
Emin Mahmudov: “Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır”
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, “Neftçi”nin futbolçusu bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
“Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Yığmada məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək.
Legionerlərə vaxt lazımdır. Mahir Emreli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram”.
Sabah Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – İrlandiya görüşünə saat 20:00-da start veriləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Ölkə futbolu2024-05-07 15:32
Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq
- Digər idman növləri2024-05-07 15:00
Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi