Milli komanda
Emin Mahmudov: “Qalib gəlsəydik, daha çox sevinərdim”
Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
“Oyunun çox çətin keçəcəyini gözləyirdik. Bunu öncədən də söyləmişdim. İki dəfə çatdırmadıq, qonaqlar dərhal da imkanlarından istifadə etdilər. Çalışıb-vuruşsaq da, qolumuz az oldu. Rəqibin keyfiyyətləri üzə çıxdı. Biz isə azsaylı şanslarımızdan faydalana bilmədik. Halbuki hər bir qol epizodundan faydalanmaq lazımdır”.
Komandasının yeganə qolunu vuran Mahmudov istədiyi qədər sevinə bilmədiyini vurğulayıb: “Qol vurduğum üçün şadam. Amma qalib gəlsəydik, daha çox sevinərdim”.
ELMAR ABDULLAZADƏ
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq