Dünya futbolu
Enes Messinin rekordunu yenilədi
İspaniyanın “Xetafe” klubunun oyunçusu Enes Ünal “Barselona”nın sabiq futbolçusu Lionel Messinin rekordunu yeniləyib. Ttürkiyəli hücumçu 2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolu vurmaqla buna nail olub.
Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra “Kadis”in qapısına penalti təyin edib. 90+16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirib.
Bununla da Türkiyə millisinin üzvü 21-ci əsrdə İspaniya çempionatında ən gec vurulan qolun müəllifi olub. O, 2008-ci ildə “Barselona”nın heyətində “Espanyol”a 90+13-cü dəqiqədə penaltidən qol vuran Messini qabaqlayıb.
Qeyd edək ki, Enes Ünal hazırda 12 qolla La Liqada bombardirlər siyahısında 2-cidir. O, yalnız “Barselona”nın hücumçusu Robert Levandovskidən geri qalır. Polşalı forvardın 15 qolu var.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”