Dünya futbolu
“Enfild” də kənarda qaldı – meydan ölçüləri uyğun deyil
“Old Trafford”un ardınca “Enfild”in də AVRO-2028-i qəbul edəcək stadionlar sırasında olmayacağı dəqiqləşdi. Səbəi isə çox sadədir.
Belə ki, namizədlərin sifariş ərizəsinə 9 şəhərdən 10 stadion salınmalıdır. İngiltərə qitə çempionatını Uels, Şotlandiya, Şimali İrlandiya və İrlandiya ilə birgə qəbul edəcək. Bu səbəbdən İrlandiya və Böyük Britaniyanın bütün ölkələri oyunları qəbul etməlidir.
Bundan başqa, UEFA tələblərinə görə siyahıya düşən stadionlar standartlara cavab verməlidir. “Old Trafford” tamaşaçı tutumuna və s. meyarlara görə kənarda qalıbsa, “Enfild”in meydan ölçüləri uyğun gəlmir. UEFA 105×65 metr ölçülü stadionlar tələb edir, “Liverpul”un meydanının uzunluğu isə 101 metrdir.
Beləliklə, siyahıya düşən 10 stadion bunlardır: “Uembli”, “Tottenhem Hotspur”, “Etihad”, “Everton”, “Sent-Ceyms Park”, “Villa Park”, “Prinçipaliti Stedium”, “Hempden Park”, “Aviva Stedium”, Belfastda yeni inşa olunan stadion.