Digər idman növləri
Ərəblərin yeni trassı 20 mərtəbə hündürlüyünə çatacaq
Səudiyyə Ərəbistanı ölkədə inşa ediləcək trasla bağlı bəzi məlumatları açıqlayıb. Xatırladaq ki, yeni trass Kiddiyada olacaq. Kiddiya paytaxt Ər-Riyaddan 45 km aralıda inşa edilən əyləncə şəhəridir.
Trassın layihəsi ilə məşhur arxitektor Herman Tilke və keçmiş F1 pilotu Aleks Vurts məşğul olur.
Məlumata görə, trass 21 döngədən ibarət olacaq. İlk döngənin hündürlüyü 20 mərtəbəli ev səviyyəsində planlaşdırılır. Həmçinin, trasda 3 DRS zonası olacaq. Pilotlar yarış zamanı burada 325 km/saat sürət yığa biləcəklər. Trassın uzunluğu haqda hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qran-prisi Ciddə şəhərində keçirilir. Bu şəhər 2027-ci ilə qədər mərhələni qəbul edəcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı