Dünya futbolu
Evra “Mançester Siti”nin üstünlüyünü göstərdi
Fransa millisinin sabiq futbolçusu Patris Evra “Mançester Siti”nin Çempionlar Liqasını qazanmaq şanslarından danışıb. Veteran müdafiəçi “şəhərlilər”in şanslarının artdığını vurğulayıb.
Futbolinfo.az xəbər verir ki, futbol şərhçisi kimi çalışan Evra İngiltərə nəhənginin bu uğura indiyədək nail olmamasını belə izah edib: “Mançester Siti” Çempionlar Liqasının finalında “Çelsi”yə məğlub olanda Xosep Qvardiola taktikasına əl gəzdirdi. O, oyun planında bir hücumçudan istifadə etməkdən vaz keçdi. Əsl problem də bu idi. Və həmin mövsüm Serxio Aquero tez-tez zədələnincə Qvardiolanın üzərində təzyiq yarandı”.
Evra Erlinq Haalandın gəlişindən sonra vəziyyətin dəyişdiyini düşünür: “Norveçli meydanda hər şey edə bilər. O, “Siti”nin ÇL xəyalına düşməsinə təkan verib. Haalandla hər şey mümkündür”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir