Dünya futbolu
“Fənərbaxça” milli üzvü ilə gücləndi
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa nəhəngi Şimali Makedoniya yığmasının da üzvü olan sol cinah müdafiəçisi Ezcan Alioskini heyətinə qatıb.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan 1 illik icarəyə götürülüb.
Ezcan Alioski 2021-ci ilin iyul ayından “Əl-Əhli”də forma geyinirdi. O, daha öncə İsveçrənin “Yanq Boyz”, “Şaffhauzen”, “Luqano” klublarında, həmçinin İngiltərənin “Lids” komandasında da çıxış edib. Şimali Makedoniya yığmasında 60 oyun keçirmiş futbolçu, 12 qola imza atıb.
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-23 12:03
“Neftçi” daha bir legioner aldı: Anderssonun sözü ilə əməli üst-üstə düşmür
- Ölkə futbolu2024-05-23 08:32
“Yurqorden” Musanı icarəyə verəcək
- Müsahibə2024-05-24 08:00
Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”