Dünya futbolu
“Fənərbaxça”da koronavirus şoku
Türkiyənin digər klubları kimi, “Fənərbaxça”nın da futbolçuları və işçi heyəti koronavirus testindən keçib.
Futbolinfo.az xəbər verir ki, testlər nəticəsində komandanın bir oyunçusu və işçisində koronavirus aşkarlanıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Pandemiyaya yoluxan futbolçunun, həmçinin digər çalışanın kimliyi barədə məlumat verilməyib. Həmin şəxslər müalicə olunmaq üçün xəstəxanaya aparılıblar.
Xatırladaq ki, daha öncə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və klubun vitse-prezidenti Abdurrahim Albayrak, həmçinin onun həyat yoldaşı Şükran Albayrak da koronavirusa yoluxmuşdu. Türkiyənin digər nəhəng klublarından “Beşiktaş” və “Trabzonspor”da da hər kəs testdən keçib və onlarda koronavirusa rast gəlinməyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı